• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rio-2016-ya növbəti lisenziya xalları...

  • İdman
  • 28 Sentyabr 2015 20:36
  • 271 Baxış
Rio-2016-ya növbəti lisenziya xalları...

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi Fransada keçirilən birgünlük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, "Synergy Baku"nu "Duo Normand" yarışında Azərbaycan çempionu Maksim Averinlə Yunanıstan çempionu Yannis Tamuridis təmsil edib.

Qeyd edək ki, 16 komandanın iştirak etdiyi yarışda Azərbaycan velosipedçiləri 54 km məsafəni 1 saat 9 dəqiqə 37 saniyəyə qət etməklə yekun sıralamada 5-ci yeri tutublar. Nəticədə onların aktivlərinə 10 reytinq xalı yazılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR