Mourinyo evinə dönür
Bizi izləyin

İdman

Mourinyo evinə dönür

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, E, F, G və H qrupunda çıxış edən komandalar növbəti oyunlarına çıxacaqlar.

Aparıcı oyunçusu Lionel Messinin xidmətindən məhrum olan “Barselona” “Nou Kamp”da “Bayer”i qəbul edəcək. “Roma” isə BATE səfərinə yollanacaq.

Günün maraqlı oyunlarından biri “Porto” ilə “Çelsi” arasında baş tutacaq. Joze Mourinyonun yetirmələri Premyer Liqadan fərqli olaraq, Avropada çıxışına yaxşı başlayıb və ikinci qələbəsini qazanmaq əzmindədir. Oyuna prinsipiallıq verən məqamlardan biri də Joze Mourinyonun “Porto” ilə xüsusi bağlarının olmasıdır.

Çempionlar Liqası. Qrup mərhələsi, 2-ci tur

29 sentyabr

E qrupu

23:45 BATE – Roma

23:45 Barselona – Bayer

F qrupu

23:45 Arsenal – Olimpiakos

23:45 Bavariya – Dinamo Z

G qrupu

23:45 Porto – Çelsi

23:45 Makkabi T-Ə – Dinamo K

H qrupu

23:45 Lion – Valensiya

23:45 Zenit – Gent

Oxumağa davam et
Reklam
Reklam

Gündəm