Klub dünya çempionatının püşkü atıldı
Bizi izləyin

İdman

Klub dünya çempionatının püşkü atıldı

Dekabrda ənənəvi olaraq, klublararası dünya çempionatı keçiriləcək.

Publika.az xəbər verir ki, Yaponiyada təşkil olunacaq turnirin püşkü də atılıb.

Məlum olduğu kimi, bu mundialda qitələrin klub turnirlərinin qalibləri, həmçinin təşkilatçı ölkənin çempionu iştirak edir. Hələ ki, bütün iştirakçı klubların adları məlum deyil.

1/8 finalda Yaponiya çempionu (hələ müəyyənləşməyib) Okeaniya zonasının ən güclüsü - Yeni Zelandiya “Oklend Siti”siylə qüvvəsini sınayacaq. 1/4 finalda bu cütün qalibi Afrikanın ən yaxşısıyla mübarizə aparacaq. Bu mərhələdən də üzüağ çıxan komanda yarımfinalda Libertadores kubokunun sahibi “River Pleyt”lə qarşılaşacaq.

Digər səbətdə isə Çempionlar Liqasının son qalibi “Barselona” gözləmə mövqeyində olacaq. Kataloniya klubunun rəqibi Meksika “Amerika”sıyla Asiya Çempionlar Liqasının qalibi arasında keçiriləcək oyunda müəyyənləşəcək.

Turnirin final oyunu dekabrın 20-də, "Yokohama" stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm