Akrobatlarımız Almaniyadan medalla qayıtdı
Bizi izləyin

İdman

Akrobatlarımız Almaniyadan medalla qayıtdı

Almaniyanın Riza şəhərində Akrobatika Gimnastikası üzrə Yaş Qrupları arasında Avropa Yarışları yekunlaşıb.

Publika.az xəbər verir ki, ölkəmiz bu yarışda 12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan kişi və qarışıq cütlüklərlə təmsil olunub. Hər iki cütlük bu turnirdə uğurla çıxış edib.

Final mərhələsində qarışıq hərəkətlərə görə, hakimlərdən 27.650 xal alan Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Cütlük 1-ci yeri əldə edən Rusiya duetindən cəmi 0.3 xal geridə qalıb. 3-cü yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar.

Qarışıq cütlüyümüz Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medal sahibi olub. Bu kateqoriyada 1-ci və 2-ci yerləri müvafiq olaraq, Portuqaliya və Rusiya gimnastları tutublar.

Azərbaycan akrobatları tarixdə ilk dəfə olaraq, belə bir yarışda yüksək nəticə göstəriblər.

Mükafatlandırma mərasimində, Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti, həmçinin Avropa Çempionatın Apellyasiya Kollegiyasının prezidenti Fərid Qayıbov iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm