Azarkeşlər “Qarabağ”ı 3 min manat ziyana saldı
Bizi izləyin

İdman

Azarkeşlər “Qarabağ”ı 3 min manat ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının 6-cı turunun "İnter" - "Kəpəz" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 86-cı dəqiqəsində "İnter"in futbolçusu Dieqo Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Kəpəz"in məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 6-cı turunun "Qarabağ" - "Neftçi" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 62-ci və 89-cu dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın 6-cı turunun "Sumqayıt" - AZAL matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 62-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Sumqayıt"ın məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm