“Qarabağ” – “Anderlext”: 5000 bilet satılıb
Bizi izləyin

İdman

“Qarabağ” – “Anderlext”: 5000 bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda baş tutacaq “Qarabağ” – “Anderlext” oyununa maraq böyükdür.

Publika.az xəbər verir ki, dünəndən bilet satışına start verilib. Bu günə olan məlumata görə, artıq 5000-dən çox bilet satılıb.

Artıq Belçika təmsilçisinin Bakıya gələcəyi vaxt da müəyyənləşib. Qonaq komanda sentyabrın 30-da günorta saatlarında paytaxtda olacaq. Sabah həm "Qarabağ", həm də "Anderlext"in baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 22:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm