Futbolda bir ilk: Hakim canlı yayımda üzr istədi - VİDEO
Bizi izləyin

İdman

Futbolda bir ilk: Hakim canlı yayımda üzr istədi - VİDEO

Türkiyə Superliqasının 6-cı turunda keçirilən "Kasımpaşa" - "Çaykur Rizəspor" qarşılaşmasının sonlarında gərgin anlar yaşanıb.

Publika.az xəbər verir ki, qonaqların iki futbolçusunu meydandan qovan referi uzatma dəqiqələrində onların lehinə penalti təyin edib. Ümumiyyətlə, oyunboyu səhv qərarlarıyla yadda qalan Dəniz Çoban meydan sahiblərini 3 xaldan məhrum edib. Oyundan sonra meydan sahiblərinin qapısına penalti təyin edən baş hakim Dəniz Çoban canlı yayımda üzr istəyib.

O, “Kasımpaşa”nın baş məşqçisi Rza Çalımbayla yanaşı, Türkiyə Futbol Federasiyasından da üzrxahlıq edib:

“Qaydalara zidd addım atdığımı bilirəm. Amma hakimlər otağına girər-girməz penalti epizodunun təkrarını izlədim. Çox məyus oldum. Həm “Rizəspor”un, həm də “Kasımpaşa”nın əleyhinə verdiyim qərarlara görə utanıram. Canlı yayıma çıxmaqla düzgün etmədiyimi də bilirəm. Amma səhvlərimə görə hər kəsdən üzr istəyirəm. Bəlkə də karyeramı sual altına atıram. Amma bunu etməyi özümə borc bildim. Hər iki tərəfdən bir daha üzr istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm