Sərxoş futbolçu “Ferrari” ilə avtobus dayanacağına “girdi” – FOTOLAR
Bizi izləyin

İdman

Sərxoş futbolçu “Ferrari” ilə avtobus dayanacağına “girdi” – FOTOLAR

“Yuventus”un müdafiəçisi Martin Kaseres şəxsi avtomobiliylə qəza törədib.

Publika.az xəbər verir ki, uruqvaylı futbolçu sərxoş vəziyyətdə idarə etdiyi “Ferrari”ni avtobus dayanacağına çırpıb.

Xoşbəxtlikdən onun özünə heç nə olmayıb. Amma avtomobil yararsız hala düşüb.

Ekspertizadan sonra onun içkili olduğu üzə çıxıb və sürücülük vəsiqəsi əlindən alınıb.

Qeyd edək ki, bu, Kaseresin törətdiyi ilk qəza deyil. Bir il əvvəl “Yuve”nin təcrübəli müdafiəçisi metronun çıxışında avtomobilini əzmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm