İngilislərin fiaskosu, “Barselona” 2 dəqiqəyə özünə gəldi
Bizi izləyin

İdman

İngilislərin fiaskosu, “Barselona” 2 dəqiqəyə özünə gəldi

Çempionlar Liqasının qrup mərhələsinin E, F, G və H qruplarında növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, günün maraqlı oyunlarından biri Barselonada baş tutub. Burada turnirin son qalibi "Barselona" Çempionlar Liqasının qrup mərhələsinə qələbəylə start verən Leverkuzen "Bayer"ini sınağa çəkib. Almanlar oyunun əvvəlində 1:0 önə keçsələr də, bu üstünlüklərini matçın sonuna qədər qoruyub saxlaya bilməyiblər. Belə ki, oyunun son 10 dəqiqəsində Serxio Roberto və Suaresin qollarıyla 2:1 önə keçən "Barsa" oyundan 3 xalla ayrılıb.

Digər oyunda isə İngiltərə Premyer Liqasında uğursuzluq zolağına düşən "Çelsi" "Portu"nun qonağı olub. Joze Mourinyo yerli çempionatdakı uğursuz nəticələri "Əjdahalar"la oyundakı qələbəylə unutdurmaq istəyirdi. Ancaq bu ona müyəssər olmayıb. Oyun Portuqaliya təmsilçisinin 2:1 hesablı qələbəsiylə nəticələnib.

İlk turda gözlənilmədən səfərdə Zaqreb "Dinamo"suna məğlub olan "Arsenal" isə evdə "Olimpiakos"a da məğlub olaraq, qrupda sonuncu pilləyə yuvarlanıb.

Çempionlar Liqası, qrup mərhələsi, 2-ci tur

29 sentyabr

E qrupu

23:45 Barselona (İspaniya) - Bayer L (Almaniya) 2:1

Serji Roberto, 80. Suares, 83 - Papadopulos, 23.

23:45 BATE (Belarus) - Roma (İtaliya) 3:2

Staseviç, 8. Mladenoviç, 13; 31 - Jervinyo, 67. Torosidis, 83.

Barselona – 4, Bayer, BATE – 3, Roma – 1.

F qrupu

23:45 Bavariya (Almaniya) - Dinamo Z (Xorvatiya) 5:0

Duqlas Koşta, 13. Levandovski, 22; 28; 55. Getse, 25.

23:45 Arsenal (İngiltərə) - Olimpiakos (Yunanıstan) 2:3

Uolkott, 35. Sançes, 66 - Pardo, 33. Fortunis, 40. Finnboqason, 67.

Bavariya – 6, Olimpiakos, Dinamo Z – 3, Arsenal – 0.

G qrupu

23:45 Makkabi T-Ə (İsrail) - Dinamo K (Ukrayna) 0:2

Yarmolenko, 4. Moraes, 50.

23:45 Portu (Portuqaliya) - Çelsi (İngiltərə) 2:1

Andre, 39. Maykon, 52 - Vilian, 45.

Dinamo K, Porto – 4, Çelsi – 3, Makkabi T-Ə - 0

H qrupu

23:45 Lion (Fransa) - Valensiya (İspaniya) 0:1

Fequli, 43.

23:45 Zenit (Rusiya) - Gent (Belçika) 2:1

Dzyuba, 35. Şatov, 67 - Matton, 56.

Zenit – 6, Valensiya – 3, Gent, Lion – 1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm