“Qəbələ” bu gün yola düşür
Bizi izləyin

İdman

“Qəbələ” bu gün yola düşür

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir.

Publika.az xəbər verir ki, qısa istirahətdən sonra məşqlərini sentyabrın 28-də bərpa edən “qırmızı-qaralar” iki gün Bakıda məşq edib. Bakı Olimpiya stadionunda baş tutan hazırlıqlarda zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri hər iki məşq zamanı toplu çalışmalara üstünlük verib.

Bununla da, “Qəbələ” paytaxtdakı hazırlığını yekunlaşdırıb. Komanda bu gün səhər Rusiyanın Krasnodar şəhərinə yola düşəcək. Oyunöncəsi son məşq də qarşılaşmanın baş tutacağı “Kuban” stadionunda keçiriləcək.

“Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22:00-da çıxacaq. Saat 21:15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

"Krasnodar" - "Qəbələ" oyunu oktyabrın 1-də, Bakı vaxtı ilə 00:05-də start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm