“Neftçi”nin sabiq futbolçusu Rusiya klubuyla anlaşdı
Bizi izləyin

İdman

“Neftçi”nin sabiq futbolçusu Rusiya klubuyla anlaşdı

"Neftçi"nin formasını geyinmiş Nikolas Kanales özünə yeni iş yeri tapıb.

Publika.az xəbər verir ki, o, Rusiyanın "Krılya Sovetov" klubu ilə anlaşıb.

30 yaşlı çilili hücumçu "Neftçi"dən ayrılandan sonra bir müddət klubsuz qalıb. Amma o, yeni komandasının iştirak ərizəsinə salınaraq "Krılya Sovetov"un növbəti oyunlarında çıxış edə biləcək.

Xatırladaq ki, Kanales 2012/13 və 2014/15 mövsümlərində "Neftçi"nin formasını geyinib. O, bu komandada 52 oyuna 39 qol vurub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm