“Barsa”nın problemləri böyüyür – İnyesta da getdi
Bizi izləyin

İdman

“Barsa”nın problemləri böyüyür – İnyesta da getdi

Yaxın günlərdə aparıcı futbolçusu Lionel Messini itirən “Barselona” daha bir ciddi itki ilə üzləşib. Andreas İnyesta Çempionlar Liqasında “Bayer”lə keçirilən oyunda zədələnib. İnyesta ən azı 4 həftə komandasına kömək edə bilməyəcək.

Publika.az xəbər verir ki, Həkimlər futbolçunun sağ ayağındakı zədənin ciddi olduğunu bildiriblər. “Barselona”da İnyestadan savayı, Lionel Messi, Rafinya Alkantara, Tomas Vermalen və qapıçı Klaudio Bravo da zədəlidir. Messinin 7-8 həftə oynamayacağı bildirilib.

Onsuz da heyətlə bağlı məhdudiyyətləri olan Kataloniya klubunun bu vəziyyətdən necə çıxacağı maraqla gözlənilir. Son oyunlarda Luis Enrikenin komandasının çətinliklə xallar qazandığı aşkar görünür.

Dünən “Bayer” üzərində əzmkar qələbədən (2:1) sonra “Barselona” 4 xalla E qrupuna liderlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm