“Qəbələ”nin direktoru: “Heç-heçə yaxşı nəticə olar”
Bizi izləyin

İdman

“Qəbələ”nin direktoru: “Heç-heçə yaxşı nəticə olar”

Sabah Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. "Krasnodar"ın qonağı olacaq “Qəbələ” səfərdən sərfəli nəticəylə dönmək arzusundadır.

Publika.az xəbər verir ki, “Qəbələ”nin direktoru Toni Adams da oyun haqda nikbin danışıb:

“Krasnodar” güclü komandadır. "Borussiya" ilə oyunun videoyazısına baxmışam. "Qəbələ"dən yaxşı nəticə gözləyirik. Amma başa düşməliyik ki, bu Avropa Liqası turniridir. Gərək bu yarışdan zövq alaq. Əlbəttə, oyunun çox ağır keçəcəyini bilirik. Fikrimcə, heç-heçə də "Qəbələ" üçün yaxşı nəticə olar. Vaxtı ilə Rusiya klubuna qarşı oynamışam. Həmin vaxt Moskva çox soyuq idi. Bu da oyuna təsir etdi. Ümid edirəm ki, bu dəfə fərqli olacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm