Məşhur futbolçunu qovdular – FOTO
Bizi izləyin

İdman

Məşhur futbolçunu qovdular – FOTO

Məşhur futbolçunu qovdular – FOTO

Məşhur fransız futbolçu Nikolya Anelka “Vest Bromviç”dən qovulub.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Anelka qeyri-peşəkarlıqda, müqavilədə göstərilən şərtlərə əməl etməməkdə ittiham olunur.

Qeyd edək ki, feral ayında Anelka İngiltərə Futbol Assosiasiyasının qərarı ilə 5 oyunluq cəzaya məruz qalmışdı. O, “Vest Hem”lə oyunda qol vurduqdan sonra etdiyi jestə - faşist salamına görə cəzalanmışdı.

Klub rəhbərliyi dəfələrlə Anelkadan məşqlərə qatılmağı, etdiyi jestə görə hər kəsdən üzr istəməyi tələb etsə də, futbolçu bundan imtina etmişdi. Bütün bunlardan sonra “Vest Bromviç” rəhbərliyi Anelka ilə müqaviləni bir tərəfli qaydada pozduqlarını bildirib.

Futbolçu özü "Twitter"də klubla qarşılıqlı olaraq müqaviləsini ləğv etdiyini açıqlayıb.

Anelka "PSJ", "Arsenal", "Real", "Mançester Siti", "Fənərbağça", "Bolton", "Çelsi", "Şanxay", "Yuventus" klublarının şərəfini qoruyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm