Qurbanov Şehiçi müdafiə etdi: “Kimin səhvi olmur ki?”
Bizi izləyin

İdman

Qurbanov Şehiçi müdafiə etdi: “Kimin səhvi olmur ki?”

“Qarabağ” dünən tarixi qələbəyə imza atdı. Avroliqanın qrup mərhələsində ilk ev qələbəsini qazandı.

Publika.az xəbər verir ki, oyunun qəhrəmanlarından biri qapıcı İbrahim Sehiç olsa da, onun ilk hissədəki kobud səhvi diqqətdən qaçmadı. Belə ki, matçın ilk hissəsinin ortalarında bosniyalı qolkiperin səhvi üzündən az qala qapımızda qol görəcəkdik.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Avropa Liqasının qrup mərhələsində “Anderlext” üzərində qələbədən (1:0) sonra keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub. O, qapıçı İbrahim Sehiçin son vaxtlar səhv etməsi məsələsinə də toxunub. Məşqçi Sehiçə təzyiq etməyin düzgün olmadığını vurğulayıb:

“İbrahim Şehiçə çox təzyiq göstərilməsini istəməzdim. Kimin səhvi olmur ki? Bu gün Şehiç pis çıxış etmədi. Hər kəsin səhvləri olur. Amma biz ona inanırıq. Həm də o, bu gün bir neçə dəfə komandamızı qoldan xilas etdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm