• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya “hərbçilər”inin bir qismi Cənubi Koreyaya buraxılmadı

  • İdman
  • 3 Oktyabr 2015 02:53
  • 560 Baxış
Rusiya “hərbçilər”inin bir qismi Cənubi Koreyaya buraxılmadı

Rusiyanın 9 idmançısını ciddi cəza gözləyir. Belə ki, rusiyalı idmançılar Cənubi Koreyada baş tutacaq VI Hərbi İdman Oyunlarında iştirak etmək hüququndan yararlana bilməyəcəklər.

Publika.az xəbər verir ki, buna səbəb onların təyyarənin göyərtəsində davranış qaydalarını pozmaları olub. İdmançılar İnçhon Beynəlxalq Hava limanında polis tərəfindən saxlanılıblar. Onlar Seul-Moskva reysi ilə uçarkən, təyyarədə sərxoşluq və qeyri-adekvat davranış sərgiləyiblər, buna görə də Koreya miqrasiya xidməti tərəfindən saxlanılıblar.

Qeyd edək ki, 5 kişi və dörd qadın idmançı aviasiya təhlükəsizliyi haqqında Cənubi Koreya qanunlarını pozmaqda ittiham olunub.

Cənubi Koreya rəsmiləri idmançılara ölkəyə daxil olmaq üçün icazə veriblər, lakin onlar yarışlarda iştiraklarına qadağa qoyulduğu üçün bu təklifi rədd ediblər.

Rusiya komandası yarışlarda iştirakını davam etdirəcək. Lakin 9 idmançının oyunlardan kənarlaşdırılması səbəbindən Rusiya yalnız səkkiz idmançı ilə təmsil ediləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR