Vaqif Cavadov: Qələbə üçün getmişdik, təəssüf ki …
Bizi izləyin

İdman

Vaqif Cavadov: Qələbə üçün getmişdik, təəssüf ki …

"Qəbələ"nin yarımmüdafiəçisi Vaqif Cavadov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçirdikləri oyundan danşıb.

O, Publika.az-a açıqlamasında komandanın 2-ci hissədə daha yaxşı oynadığını, ani səhv üzündən qol buraxdıqlarını deyib. Ancaq Cavadov onu da bildirib ki, hazırda qarşıdakı oyunda qələbə qazanmaq üçün kökləniblər:

"Matç ərzində 2 fərqli oyun oldu. İlk hissədə yox, amma ikinci hissədə komandamız daha yaxşı oynadı. Amma təəssüflə deyim ki, sonda qol buraxdıq, bu da məğlubiyyətimizə gətirdi. Düzü, biz bu matçda qalib gəlmək istəyirdik, onun üçün getmişdik Rusiyaya...

Deyim ki, “Krasnodar” qrup mərhələsinə göstərdiyi oyunun sayəsində düşüb, təsadüf deyil. Ancaq indi qarşıdakı oyunlarda yaxşı nəticə vermək üçün çalışmalıyıq”

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində təmsilçimiz “Qəbələ” növbəti sınağına çıxıb. Roman Qriqorçukun komandası səfərdə Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gəlib. Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ”nin uğurlu seriyası qırılıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Qırmızı-qaralar" ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib. Lakin matçın sonlarına doğru daha bir qol buraxan "Qəbələ" görüşdən layiq olmadığı məğlubiyyətlə ayrılıb (1:2). Bundan başqa, komandamızın iki qolu müxtəlif səbəblərdən qeydə alınmayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm