Menecer məyusluğunu dilə gətirdi: “Təəssüf ki, bu, ilk belə hal deyil”
Bizi izləyin

İdman

Menecer məyusluğunu dilə gətirdi: “Təəssüf ki, bu, ilk belə hal deyil”

Belçikanın “Anderlext” klubunun meneceri German van Holsbek Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Publika.az xəbər verir ki, o, açıqlamasında məyusluğunu da dilə gətirib:

“Növbəti mərhələyə yüksəlmək iddian varsa, bilməlisən ki, xal toplamaq lazımdır. Komandamızın yalnız ikinci hissədən etibarən futbol sərgiləməyə başlamasından məyusam. Nəticə qazanmaq üçün ilk dəqiqələrdən etibarən elə oynamaq lazım idi. Təəssüf ki, bu, cari mövsümdə ilk belə hal deyil”.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. Təmsilçilərimizdən “Qarabağ” da növbəti sınağına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Belçikanın “Anderlext” klubunu qəbul edib. Bu matçda Ağdam klubu 33 qat Belçika çempionuna qalib gəlib (1:0). Bu qələbə ilə "Qarabağ" turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm