Dünya futbolunun 10 kriminal prezidenti – FOTOLAR
Bizi izləyin

İdman

Dünya futbolunun 10 kriminal prezidenti – FOTOLAR

Dünya futbolunun 10 kriminal prezidenti – FOTOLAR

“Bavariya”nın prezidenti Uli Hönnesin həbs olunması dünya futbolunu silkələdi. Ancaq Hönnesin həbsi ünlü klub prezidentləri ilə bağlı ilk belə hadisə deyil. Publika.az 10 futbol klubunun kriminal sahibləri haqda məlumatı təqdim edir:

Uli Hönness, “Bavariya”

Keçən ilin aprel ayında “Bavariya”nın yumrusifət prezidenti vergilərdən yayınıb və azadlıqda qalması üçün 5 milyon avro ödədiyini etiraf edib. Uli Hönnessin İsveçrə bankında gizli hesabı olub və yeddi dəfə Almaniyanın maliyyə orqanlarına səhv və yarımçıq doldurulumuş yanlış məlumatlar verib. Bir neçə gün əvvəl keçirilən məhkəmə dinləməsində Hönnes deyib: “Mən vergiləri ödəməkdən yayınmışam. Bilirəm ki, könüllü təslim olmağım heç nəyi dəyişməyəcək. Ümid edirdim ki, onu rəsmiləşdirməklə cinayət məsuliyyətindən boyun qaçıra biləcəm”. “Bavariya”ın prezidenti bütün hesabları ödəyəcəyini bildirib. 5 milyon avrosunu sosial ehtiyaclara xərcləməsinə baxmayaraq, məhkəmənin qərarı ilə Höness 3 il 6 ay həbsdə qalacaq.

Karson Yunq, “Birmingem”

2011-ci ilin iyun ayında “Birmingem” klubunun sahibi çirkli vəsaitin yuyulmasında şübhəli bilinərək doğma Honkonqda həbs edilib. Klubun rəsmi saytında “Birmingem”in sahibinin əsassız günahlandırılması qeyd olunub. Girov müqabilində azad edilən Yunq klubu idarə etməkdə davam edib və sığortalanmaq üçün də 18 yaşlı Rayanı klub direktorunun məsləhətçisi qoyub (qeyd edək ki, İngiltərə futbol tarixində o, ən cavan direktor olması ilə rekord vurub). Bir müddət əvvəl Honkonq məhkəməsinin son hökmü məlum oldu: 2001-2007-ci illərdə ümumi məbləği 55 milyon funtun “yuyulmasına” görə, Karson Yunq həyatının 6 ilini həbsxanada keçirəcək.

Taksin Çinavat, “Mançester Siti”

2007-ci ildə Tailandın keçmiş baş naziri “Mançester Siti” klubunu aldı və kluba Sven-Yoran Eriksonu və bir neçə bahalı futbolçuları dəvət etməklə ictimaiyyətin hörmətini qazandı. Çinovat İngiltərəyə 3 həmyerlisini (Tirasilpa Daneqda, Suri Suxu, Kyatprovut Seyvo) gətirdi, lakin onlar da tezliklə geriyə çəkildilər. Keçən ilin sentyabr ayında isə Çinovat “fəxri prezident” adını qoruyub, klubu ərəblərə sataraq üfüqdə gizləndi. Tailandın Ali Məhkəməsi tərəfindən ölkənin baş naziri vəzifəsində işləyərkən törətdiyi korrupsiya cinyətində adi hallanınca, o, “fəxri prezident” adından da məhrum edildi.

Massimo Çellino, “Kalyari”

Status: Hökm verilib - Çellino peşəkar fırıldaqçıdır. İlk dəfə 1996-cı ildə məsuliyyətə cəlb edilib. O zaman bacısı Lyuçina ilə birgə İtaliyanın kənd təsərrüfatı nazirliyini 7,5 milyon avro aldadıb. Növbəti cinayət hərəkəti isə 2001-ci ildə “Kalyari” klubunun hesabatlarında yol verdiyi yanlışlıqlara görə oldu. Çellinonun həbsi üçün olan orderdə yazılmışdı: “Anadangəlmə cinayətə meyllidi. Məqsədlərinə nail olmaq üçün bütün vasitələr əl ata bilər”. Sonuncu epizod isə 2013-cü ildə baş verdi. Çellino “İs Arenas” stadionunun tikintisi üçün ayrılmış vəsaiti mənimsəməkdə günahkar bilinib.

İndi isə bənövşəyi rəngə qənim kəsilmiş “Maurillos” qrupunun gitaraçısı “Kalyari” klubunu satır. O, qızı Eleonor ilə yeni layihə olan ingilis klubu “Lidsi”lə həvəslə “oynayır”.

Silvio Berluskoni, “Milan”

Cənab Silvionu daha nələrdə günahlandırmayıblar! Maliyyə fırıldağı, dələduzluq, rüşvət, seksual qalmaqal, mafiya ilə işbirliyi, vergiləri ödəməməsi və daha nələr… Çox maraqlıdır ki, Berluskoni bütün bunlara rəğmən “yatmayıb”. Bundan əlavə, Berluskoni “Mediaset” ilə bağlı vergi fırıldağında günahkar bilinərək İtaliyanın ali məhkəməsi tərəfindən 4 il həbs cəzası alıb. Həqiqət isə budur ki, 76 yaşlı keçmiş baş naziri türmədə yatmaq təhlükəsi gözləmir-artıq o yaşda deyil.

Serco Kranotti, “Latsio”

Nəhəng qida konserni “Çirio” ilə yanaşı Serco Kranotti və “Latsio” da tərəqqi edirdi. 2002-ci ildə “Çirio” böhranın ilk əlamətlərini göstərməyə başladı və sonda məhv oldu. Şirkət rəhbərliyinin dələduz əməliyyatları şirkətin məhv olmasına və Kranottinin məhkəmə hökmü almasına gətirib çıxartdı. 2004-cü ilin fevralında “Recina Koeli” həbsxanasında yatan Kranotti həmən ilin avqust ayında azadlığa çıxdı. “Çirio”nun müflis olması ilə bağlı məhkəmə iş hələ də davam edir. 2011-ci ildə keçirilmiş məhkəmə iclasından sonra Kranotti 9 illiyə azadlıqdan məhrum edilib.

Xose Mariya del Nido, “Sevilya”

Keçən ilin dekabr ayında ispan futbolunun ən nüfuzlu simalarından biri, “Sevilya”nın prezidenti rüşvətxorluqda, Marbel istirahət zonasından pul mənimsəməkdə günahlandırıldı. Apellyasiya məhkəməsinə üz tutsa da, 7,5 illik cəzadan yalnız yarım il azalda bildi. 7 il müddətində isə o heç şərti azadlığa da buraxılmayacaq. Nido “Sevilya”nın prezident postunun daşını ataraq həbsxanaya gedir.

Cici Bekali, “Styaua”

Əyan-oliqarx mafioz adətləri ilə az qalırdı Rumıniyanın kralı olsun. O, heç kimlə hesablaşmazdı, Rumıniyanın əhəmiyyətli siyasi xadimləri də daxil olmaqla insanları oğurlayar və hamısını təhqir edərdi. Nəhayət, ədalət tapıldı və keçən ilin yayında dövlət torpaqlarına (bu torpaqlarda Rumıniyanın səhiyyə nazirliyi “alver” edərdi) yiyələndiyinə görə, oliqarxa 3 il iş kəsildi. Lakin o, qəfəs arxasından da “Styaua”nın işlərini aparır.

Vittorio Çekki Qori, “Fiorentina”

Məşhur kino prodüsseri Çekki Qori “Fiorentina”ya 1993-cü ildən 2002-ci ilədək başçılıq edib. Klub tarixində yaxşı (Kubok və Superkubokda qələbə, Çempionlar Liqasında iştirak), pis (Batistutun satılması) anlar olub, ancaq hər şey çox pis-klubun müflisi ilə bitdi. Daxili idarəetmədən 50 milyon borcu gizlədərək 1926-cı ildən mövcud olan “Fiorentina” klubunun sonunu gətirdi.

İdarəçiliyində olan şirkətin saxta əməliyyatlarına görə, Çekki Qori keçən ilin oktyabr ayında 7 illik həbs cəzası alıb.

Kalisto Tantsi, “Parma”

Kalistonun “Parma”nı qarət etməsi İtaliya üçün böyük bir zərbə oldu. 2003-cü ildə “Parmalat”ın yeni idarə heyəti şirkətin 10 il müddətində itkiləri gizlətdiyini, gəlirləri şişirtdiyini aşkarladı. Tantsi 500 milyon avro mənimsəyərək “Parmalat”ı müflisliyə yuvarlatmışdı. Bir dəri, bir sümük qalmış Tantsininin günü hələ də məhkəmə çəkişmələrində keçir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm