• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Rabitə" finala çıxa bilmədi

  • İdman
  • 15 Mart 2014 21:35
  • 421 Baxış
"Rabitə" finala çıxa bilmədi

Qadın voleybolçular arasında Çempionlar Liqasının ikinci finalçısı müəyyənləşib. Publika.az xəbər verir ki, Bakıda keçirilən “Dördlər finalı”nın yarımfinalının son matçında “Rabitə” Rusiya “Dinamo”sunu sınağa çəkib.

Son 3 ildə 2 dəfə finala yüksələn və hər dəfə “Vakıfbank”a yenilən “Rabitə” yenə yarımfinalı adlamaq iddiasında olsa da, bu istəyini reallaşdıra bilməyib. Bakı klubu hər üç setdə yenilib - 0:3.

Beləliklə, “Dinamo” tarixində ilk dəfə finala yüksəlib. Onların həlledici mərhələdə rəqibi son çempion “Vakıfbank” olacaq. “Rabitə” isə üçüncü yer uğrunda “Eczaçıbaşı” ilə üz-üzə gələcək.

Voleybol

Dördlər finalı

Yarımfinal

15 mart

Dinamo (Kazan, Rusiya) - Rabitə (Azərbaycan) 3:0 (25:15, 25:21, 25:19)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR