"AZAL" PFK-nun baş məşqçisi Vaqif Sadıqov istefa verdi
Bizi izləyin

İdman

"AZAL" PFK-nun baş məşqçisi Vaqif Sadıqov istefa verdi

Son vaxtlar Premyer Liqada uğursuzluğa imza atan Bakının "AZAL" Peşəkar Futbol Klubunun baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib.

Son vaxtlar Premyer Liqada uğursuzluğa imza atan Bakının "AZAL" Peşəkar Futbol Klubunun baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib.

"AZAL" PFK-nun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov bildirib ki, bu gün "AZAL" PFK-nun rəhbərliyi və baş məşqçi korpusu görüş keçirib. Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə olunan mənfi nəticələr müzakirə edilib.

Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb.

Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb.

Bu səbəbdən Vaqif Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib. Vaqif Sadıqov bu qərarını günün sonunda futbolçulara da rəsmən bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm