Püşkün nəticəsi: "Xəzər Lənkəran"la "Kəpəz" üz-üzə
Bizi izləyin

İdman

Püşkün nəticəsi: "Xəzər Lənkəran"la "Kəpəz" üz-üzə

Bu gün Azərbaycan kubokunun 2015/16 mövsümünün püşkü atılıb.

Publika.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan mərasimdə 1/16 final mərhələsinin və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.

Qeyd edək ki, bu mərhələnin qalibi 1 oyunda müəyyənləşəcək. 1/4 finaldan etibarən qalib ev-səfər prinsipinə əsasən bəlli olacaq.

Cari mövsümdə kubok uğrunda 19 komanda mübarizə aparacaq. Azərbaycan Premyer Liqasının 10 komandası ("Qarabağ", "İnter", "Qəbələ", "Neftçi", AZAL, "Xəzər Lənkəran", "Sumqayıt", "Rəvan", "Kəpəz", "Zirə") ilə yanaşı, birinci divizionun 9 klubu ("Bakı", "Neftçala", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Şəmkir", "Mil Muğan", MOİK, "Şərurspor") da ölkə kubokunda qüvvəsini sınayacaq.

Birinci divizionun digər 5 komandası ("Energetik", "Göyəzən", "Bakılı", "Ağsu", "Zaqatala") isə yarışa qatılmaqdan imtina edib.

Yarışın ilk mərhələsində - 1/16 finalda birinci divizionun 6 komandası 3 cüt təşkil edəcək. Qalib komandalar digər 13 komanda - Premyer Liqanın 10, birinci divizionun 3 komandası ilə birlikdə 1/8 final cütlərini müəyyənləşdirəcək.

Artıq ilk mərhələdə qarşılaşacaq bütün komandalar və 1/8 final mərhələsinin bəzi cütləri müəyyənləşib.

Azərbaycan kuboku

1/16 final

14 oktyabr

1. MOİK - Turan Tovuz

2. Şahdağ - Şəmkir

3. Şərurspor - Qaradağ Lökbatan

1/8 final

2 dekabr

4. Rəvan - Bakı

5. 1-ci cütün qalibi - İnter

6. Qarabağ - 2-ci cütün qalibi

7. Neftçala - Sumqayıt

8. Xəzər Lənkəran - Kəpəz

9. Neftçi - 3-cü cütün qalibi

10. AZAL - Zirə

11. Qəbələ - Mil Muğan

1/4 final

2 mart – 9 mart

12. 4-cü cütün qalibi - 5-ci cütün qalibi

13. 6-cı cütün qalibi - 7-ci cütün qalibi

14. 8-ci cütün qalibi - 9-cu cütün qalibi

15. 10-cu cütün qalibi - 11-ci cütün qalibi

1/2 final

27 aprel – 4 may

16. 12-ci cütün qalibi - 13-cü cütün qalibi

17. 14-cü cütün qalibi - 15-ci cütün qalibi

Final

25 may

18. 16-cı cütün qalibi - 17-ci cütün qalibi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm