Əlcəzairli qapıçı Zidanın driblinqini təkrarladı – VİDEO
Bizi izləyin

İdman

Əlcəzairli qapıçı Zidanın driblinqini təkrarladı – VİDEO

Futbol tarixində müxtəlif aldadıcı hərəkətlərlə ad qoymuş futbolçular olub. Bu gün də kimsə o hərəkətləri təkrarlayanda futbolsevərlər qeyri-ixtiyari olaraq, Zidanın fəndi, Ronaldonun driblinqi, Maradonanın reydi kimi ifadələr işlədir.

Hər hansı futbolçunun məşhur fəndlərdən yararlanmasını normal qarşılamaq olar. Amma qapıçılar...

Publika.az xəbər verir ki, Əlcəzair çempionatında Zidanın driblinqindən istifadə olunub. İlk baxışdan deyə bilərsiz ki, nə olsun. Amma bu “fint”i futbolçu yox, qapıçı edib.

“Beluizdad” klubunun qolkiperi Malik Asselah Əlcəzair çempionatının oyunlarından birində cəsarətli addım ataraq həmvətənini yad edib. Onun hərəkəti uğurlu alınıb. Baxmayaraq ki, oyun 0:1 hesabıyla qonaq komandanın xeyrinə başa çatıb.

29 yaşlı Asselah Əlcəzair millisinin ikinci qapıçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm