“10 ildə ilk dəfə idi... - Təzyiqim düşdü”
Bizi izləyin

İdman

“10 ildə ilk dəfə idi... - Təzyiqim düşdü”

Xəbər verdiyimiz kimi, dünən AFFA İntizam Komitəsi bəzi qərarlar qəbul etdi və klublara cəza yağdırdı. Bu cəzalardan biri də “Xəzər-Lənkəran” üçün tətbiq olunub. Qərara əsasən 4 oktyabr 2015-ci il, 2015/16 mövsümündə, 7-ci turun “Qəbələ” – “Xəzər Lənkəran”(0:6) matçından sonra cənub klubunun baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub. Maraqlıdır, görəsən klubun baş məşqçisi Yunis Hüseynov qərarla bağlı nə düşünür?

Y.Hüseynov Publika.az-a açıqlamasında qərarı ağır adlandırıb və belə cəza veriləcəyini düşünmədiyini deyib:

“Cəza xəbərini eşidəndə çox təəssüfləndim. Çox ağır qərardır. İntizam Komitəsinin belə qərar verəcəyini gözləməzdim. Belə vəziyyətdə İntizam Komitəsinin məni cərimələməsi adama təsir edir. Saymamazlıq mənasında heç nə etməmişəm. Keçirilən mətbuat konfransına gələ bilməməyimə də çox pis olmuşdum. Konfransa qatılmamağıma səbəb əsəbiləşdiyim üçün təzyiqimin qalxması idi, indi yaxşıyam. 10 illik məşqçilik karyeramda ilk dəfə idi bu cür məğlubiyyətlə üzləşirdim (0:6), bu da məni əsəbləşdirdi. Klub həkimimiz ilkin yardım göstərdikdən sonra səhhətim yaxşılaşdı. Həkim çıxmağa qoymadı ki, istirahət edim. Mənə dedilər ki, heç bir problem yoxdur, mətbuat konfransına köməkçi-məşqçi Vidadi Həsənov qatılacaq, mən də rahat olmuşdum”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm