Çempionlar Liqasında iki komanda cəzalandı
Bizi izləyin

İdman

Çempionlar Liqasında iki komanda cəzalandı

UEFA “Benfika” azarkeşlərini və “Atletiko” klubunu cəzalandırıb.

Publika.az xəbər verir ki, “İdmanda Zorakılığa Qarşı Milli Komissiya” UEFA Çempionlar Liqası çərçivəsində İspaniyada keçirilən “Atletiko” - ”Benfika” matçında meydana məşəl atan və tribunada məşəl yandıran 8 qonaq komanda azarkeşinə və onlara qarşı kifayət qədər təhlükəsizlik tədbiri görməyən ev sahibi komandaya pul cəzası kəsib.

Komissiya iclasından sonra mətbuata verilən məlumatda meydana məşəl atan 5 “Benfika” tərəfdarının hər birinə 60 min avro, meydana atmasa da tribunada məşəl yandıran 3 “Benfika” azarkeşinə isə 6 min avro pul cəzası verildiyi bildirilib.

Həmçinin, stadionun girişində təhlükəsizlik tədbirlərindəki boşluqlara görə “Atletiko” klubuna da 8 min avro pul cəzası kəsilib.

UEFA İntizam Komitəsi isə matçda yaşanan hadisələrlə əlaqədar oktyabrın 15-də qərarı verəcək.

Xatırladaq ki, “Visente Kalderon” stadionundakı oyunda “Benfika”'nın bərabərlik qolundan sonra portuqaliyalı azarkeşlər meydana məşəl atmışdı. “Benfika” klubunun üzr istədiyi hadisədə 10 “Atletiko” tərəfdarı yüngül dərəcədə zədələnmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm