DÇ-2018-in stadionlarının adları açıqlanıb
Bizi izləyin

İdman

DÇ-2018-in stadionlarının adları açıqlanıb

2018-ci il dünya çempionatı üçün nəzərdə tutulan stadionların adları təsdiqlənib.

Publika.az xəbər verir ki, FİFA və Rusiya-2018 Təşkilat Komitəsi arenaların rəsmi adlarını razılaşdırıblar. Stadionlardan 8-nin adı onların yerləşdikləri şəhərlə üst-üstə düşür, qalan 4-ü isə yerli mədəni və futbol aspektləri ilə əlaqəlidir.

Dünya çempionatı və ondan bir il öncə keçiriləcək Konfederasiyalar Kubokunda istifadə olunacaq stadionların adları:

"Yekaterinburq Arena" - Yekaterinburq

"Fişt stadionu" - Soçi

"Kazan Arena" - Kazan

"Kalininqrad stadionu" - Kalininqrad

"Lujniki stadionu", "Spartak stadionu" - hər ikisi Moskva

"Mordoviya Arena" - Saransk

"Nijni Novqorod stadionu" - Nijni Novqorod

"Rostov Arena" - Rostov-Don

"Samara Arena" - Samara

"Sankt-Peterburq stadionu" - Sankt-Peterburq

"Volqoqrad Arena" - Volqoqrad

Qeyd edək ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm