“Qalatasaray”ın əfsanəsi prezidenti təhqir etdiyi üçün polisə ifadə verdi
Bizi izləyin

İdman

“Qalatasaray”ın əfsanəsi prezidenti təhqir etdiyi üçün polisə ifadə verdi

Sabiq futbolçu, AKP-nin keçmiş üzvü, millət vəkili Hakan Şükür polisə ifadə verib.

Publika.az xəbər verir ki, “Qalatasaray”ın əfsanəsinin sosial şəbəkə vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi iddia olunur.

İstanbul Təhlükəsizlik Şöbə Müdirliyinə vəkillə birlikdə gedən Hakan Şükür belə açıqlama verib:

"2 il millət vəkili olduğum AK Partini və prezidenti təhqir etməyim mümkün deyil. Tənqid etmiş ola bilərəm".

İfadəsi alınan keçmiş futbolçu, daha sonra polis bölməsini tərk edib.

Xatırlatma...

Türkiyədə “Qol kralı” ləqəbi ilə tanınan Hakan Şükür futbolu buraxdıqdan sonra deputat kimi fəaliyyət göstərib. Şükürü dünya mətbuatı "Bosfor Buğası" ləqəbiylə də tanıyır. 1992-2007-ci illərdə Türkiyə millisinin şərəfini qoruyub. Bu müddət ərzində 112 oyunda 51 qol vurub. 2000-ci ildə UEFA kubokunu qazanan “Qalatasaray”ın “qızıl heyət”ində yer alıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm