İngiltərənin ən titullu ikinci klubu almana tapşırıldı
Bizi izləyin

İdman

İngiltərənin ən titullu ikinci klubu almana tapşırıldı

Premyer Liqada ardıcıl uğursuz oyunlardan sonra Brendan Rocerslə yollarını ayıran "Liverpul" alman mütəxəssis Yurgen Kloppla razılığa gəlib.

Publika.az xəbər verir ki, "Qırmızılar" artıq 48 yaşlı çalışdırıcıyla rəsmi müqavilə bağlayıblar. Müqaviləyə əsasən, Klopp qarşıdakı üç il ərzində "Liverpul"un "sükanı arxasında" olacaq.

Xatırladaq ki, Kloppun son klubu Dortmund "Borussiya"sı olub. O, Dortmund təmsilçisindən keçən mövsümün sonunda ayrılıb.

Hazırda hesabında 12 xal olan "Liverpul" İngiltərə Premyer Liqasında 10-cu pillədə qərarlaşıb. "Qırmızılar" Avropa Liqasının qrup mərhələsində keçirdiyi hər iki oyunu heç-heçə başa vurub ("Sion" və "Bordo").

Oxumağa davam et
Reklam
Reklam

Gündəm