• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Araz dubl, "Qarabağ" darmadağın etdi, "XL"in həsrəti bitdi

  • İdman
  • 16 Mart 2014 21:17
  • 572 Baxış
Araz dubl, "Qarabağ" darmadağın etdi, "XL"in həsrəti bitdi

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turunoyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura Bakıda start verilib. Paytaxtın eyniadlı təmsilçisi "Qəbələ"ni qəbul edib. "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb. 80-cı dəqiqədə DanielSubotiç hesabı açıb. Düz 10 dəqiqə sonra isə "Qəbələ"nin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Elvin Məmmədov bərabərliyi təmin edib. Bununla da komandaların qələbəsiz oyunlar seriyası 4-ə çatıb. "Qəbələ" son 4 oyunda 3 heç-heçə edib və 1 dəfə məğlub olub. "Bakı"nın uğurlu çıxışına isə ötən tur "Qarabağ"a 0:4 hesablı məğlubiyyətlə son qoyulub. Milinko Pantiçin yetirmələri son 4 oyundan 3-də heç-heçə edib, birindi uduzub.

"Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olub. Lənkəran klubu yeni ilə uğurlu başlasa da,son 4 turda qələbə qazana bilməmişdi. 2 oyunda məğlub olan Mustafa Dənizlinin yetirmələri 2 matçda heç-heçə etmişdi. "Xəzər Lənkəran" bu oyunda qələbə həsrətinə son qoyub. Deyan Blajevskinin 65-ci dəqiqədə penaltidən vurduğu qol matçın taleyini həll edib - 1:0.

"Simurq" "Rəvan"ı qəbul edib. Zaqatala klubu yeni ildə keçirdiyi 3 oyunda məğlub olunqdan sonra 2 heç-heçə etmiş və 2 qələbə qazanmışd.ı "Rəvan" isə son 3 turda uğurlu çıxış edərək, "Qəbələ" ilə sülh bağlamış, AZAL və "Xəzər Lənkəran"a qalib gəlmişdi. Amma Güvənc Kurtar "Bakı" ilə kubok oyununu nəzərə alaraq 6 əsas futbolçunu səfərə aparmamışdı. "Rəvan"ın daha 4 üzvü zədə səbəbindən matçı buraxmalı idi. Oyuna gəlincə, "Simurq" 2:0 hesablı qələbə qazanıb. Hesabı 14-cü dəqiqədə Rəşad Eyyubov açıb. 31-ci dəqiqədə isə Draqan Çeran fərqlənib.

"Qarabağ" "İnter"in qonağı olub. "Şəfa" stadionunda qarşılaşan rəqiblər yeni ildə uğurlu çıxış edir. Bu il keçirdiyi 7 oyundan birində "Xəzər Lənkəran"a uduzan "Qarabağ" son 6 oyunun 5-də qələbə qələbə qazanmış, birində heç-heçə etmişdi. "İnter" isə 4 matçda 3, birində isə 3-də isə 1 xal qazanmışdı. Bu oyuna gəlincə, hesabı 38-ci dəqiqədə Leroy Corc hesabı açıb. 22 dəqiqə sonra Vüqar Nadirov fərqi artırıb. 89-cu dəqiqədə isə Reynaldo Silva matçın yekun hesabını müəyyənləşdirib - 0:3. Beləliklə, "Qarabağ" ardıcıl üçüncü oyunda böyük hesabla qalib gəlib. Belə ki, Qurban Qurbanovun yetirmələri bundan əvvəl "Neftçi"ni 4:1, "Bakı"nı 4:0 hesabı ilə yenmişdi.

Tura "Neftçi" - AZAL qarşılaşması ilə yekun vurulub. "Neftçi" 2014-də keçirdiyi 7 oyunda cəmi 8 xal (2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət) qazana bilmişdi. Ötən tur səfərdə "Qəbələ"ni yenən "ağ-qaralar" yenidən ümidlənmişdi. AZAL isə aktivinə cəmi 2 xal yazmış (2 heç-heçə, 5 məğlubiyyət) və nəticədə Vaqif Sadıqov istefa vermişdi. Bu gün baş tutan oyunda "Neftçi" ardıcıl ikinci qələbəsini qazanıb, AZAL növbəti dəfə məblub olub - 2:1. 5-ci dəqiqədə hesabı Araz Abdullayev açıb. Millimizin üzvü 63-cü dəqiqədə fərqi artrıb. 90+3-cü dəqiqədə isə Con Oluremi penaltini dəqiq yerinə yetirərək, matçın yekun hesabını müəyyənləşdirib.

Premyer Liqa

2013/14 mövsümü

III dövrə, XXVI tur

16 mart

Bakı - Qəbələ 1:1

Qollar: Elvin Məmmədov, 90+1 - Daniel Subotiç, 80.

Bakı: 1. Aqil Məmmədov, 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 77), 11. Rauf Əliyev (k) (22. Namiq Ələsgərov, 65), 12. Etto, 16. Juninyo, 17. Risto Ristoviç (19. Marius Pena, 82), 23. Mario Lukas Horvat, 31. Vüqar Mustafayev.

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 10. Aleksandar Soliç, 24. Georgios Pelagias, 34. Şəhriyar Əliyev.

Baş məşqçi: Milinko Pantiç.

Qəbələ: 1. Kamran Ağayev (k), 7. Marat İzmaylov, 8. Nizami Hacıyev (17. Nuran Qurbanov, 64), 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (22. Lourival Assis, 71), 44. Rafael Santos (46. Davronjon Erqaşev, 75).

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 88. Müşfiq Teymurov.

Baş məşqçi: Yuri Syomin.

Sarı vərəqələr: Mario Lukas Horvat, 35 (qeyri-idman hərəkəti) - Elnur Allahverdiyev, 65 (qeyri-idman hərəkəti). Rafael Santos, 73 (qeyri-idman hərəkəti). Daniel Subotiç, 90 (qeyri-idman hərəkəti).

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Rövşən Əhmədov.

"Bakı"nın təlim-məşq bazasının stadionu. 600 tamaşaçı.

Sumqayıt - Xəzər Lənkəran 0:1

Qol: Deyan Blajevski, 65-pen.

Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad (88. Mirzağa Hüseynpur, 66), 9. Tərzin Cahangirov (8. Aqşin Muxtaroğlu, 79), 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (14. Məhəmməd Qurbanov, 60), 21. Məhəmməd Mirzəbəyov, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 11. Ruslan Nəsirli.

Baş məşqçi: Aqil Məmmədov.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 5. Tyeqo, 6. Rasim Ramaldanov, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev (k), 12. Junior Nildo (20. Mbilla Etame, 46), 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake, 30. Elias (7. Sadio Tounkara, 77), 55. Ağabala Ramazanov (14. Rahid Əmirquliyev, 77).

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 11. Zohair Banouahi, 16. Adrian Pit, 42. Kamran Abdullazadə.

Baş məşqçi: Mustafa Dənizli.

Sarı vərəqələr: Samir Abasov, 67 (qeyri-idman hərəkəti) - Rasim Ramaıdanov, 78 (qeyri-idman hərəkəti). Mbilla Etame, 90+2 (qeyri-idman hərəkəti).

Hakimlər: Alik Yunusov, Azər Əsgərov, Coşqun Həsənov, Tahir Əhmədov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1100 tamaşaçı.

Simurq - Rəvan 2:0

Qollar: Rəşad Eyyubov, 13. Draqan Çeran, 31.

Simurq: 1. Pavel Kapsa, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 9. Mindauqas Kalonas (22. Salif Ballo, 75), 10. Rəşad Eyyubov (21. Murad Səttarlı, 83), 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin (15. Stepan Polyak, 68), 77. Nicat Qurbanov.

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 17. Rüstəm Məmmədov.

Baş məşqçi: George Çixradze.

Rəvan: 85. Kamal Bayramov (k), 19. Hüseyn Axundov, 16. Orxan Lalayev, 28. Boyan Markoviç, 7. Elvin Həsənəliyev, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek (24. Yamin Ağakərimzadə, 76), 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea (11. Kamil Nurəhmədov, 67).

Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 3. Məmməd Quliyev, 26. Rüfət Cəlilov.

Sarı vərəqələr: Benjamin Lambot, 90+2 (sistematik qayda pozuntusu) - Boyan Markoviç, 86 (qeyri-idman hərəkəti).

Baş məşqçi: Güvənc Kurtar.

Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Nüvər Xasıyev.

Hakim-inspektor: Fazil Mürşüdov.

Zaqatala şəhər stadionu. 500 tamaşaçı.

İnter - Qarabağ 0:3

Qollar: Leroy Corc, 38. Vüqar Nadirov, 60. Reynaldo Silva, 89.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro (Aleksandr İaşvili, 46), 15. Yohan Bokonyano (27. Dieqo Madriqal, 79), 19. Sezar Meza Kolli (28. Baçana Tsxadadze, 38), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 9. 11. Asif Məmmədov, 47. Abdulla Abatsiyev.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 90), 20. Riçard Almeyda (7. Namiq Yusifov, 76), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (9. Reynaldo Silva, 81), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulriş Kapolonqo, 19. Jaba Dvali.

Baş məşqçi: Qurban Qurbanov.

Sarı vərəqə: yoxdu.

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Munis Abdullayev, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Kərim Ağayev.

“Şəfa” stadionu. 2000 tamaşaçı.

Neftçi - AZAL 2:0

Qollar: Araz Abdullayev, 5; 43 - Con Oluremi, 90+3-pen.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 11. Melvin Platye, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov.

Baş məşqçi: Böyükağa Hacıyev.

AZAL: 1. Ruslan Məcidov, 4. Aylton, 5. Murad Ağayev, 15. Oskar Klava, 10. Con Oluremi, 17. Viktor İbekoyi (k), 20. Branislav Arsenyeviç, 26. Kərim Diniyev, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov, 9. Orxan Həsənov, 18. Samuel Barlay, 22. Axtam Xamroqulov, 28. Emin Cəfərquliyev.

Məşqçi: Şakir Qəribov.

Hakimlər: Rauf Cababrov, Nahid Əliyev, Namiq Hüseynov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

"Bakcell Arena". Saat 17.30.

1

Qarabağ

26

16

7

3

47-14

55

2

Neftçi

26

13

6

7

39-43

45

3

Qəbələ

26

13

5

8

36-24

44

4

İnter

26

12

6

8

37-30

42

5

Bakı

26

12

6

8

41-28

42

6

Simurq

26

9

9

8

27-19

36

7

Xəzər L

26

8

10

8

27-35

34

8

AZAL

26

6

8

12

25-38

26

9

Rəvan

26

3

8

15

15-45

17

10

Sumqayıt

26

2

7

17

16-44

13

Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 14. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR