• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

AFFA Rəşad Sadıqovu yola salır?

  • İdman
  • 12 Oktyabr 2015 11:26
  • 435 Baxış
AFFA Rəşad Sadıqovu yola salır?

AFFA-dan futbolçu Rəşad Sadıqovun yola salınması barədə açıqlama verilib.

Publika.az xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədov Bolqarıstanda jurnalistlərə açıqlamasında bu məsələnin onun və baş məşqçisinin qərarından asılı olacağını bildirib:

“Rəşad yığmanın kapitanıdır, artıq 100-cü oyununu keçirib. Neçə illərdir ki, Azərbaycan futboluna böyük töhfələr verir. Bu məsələ birbaşa onun və baş məşqçinin qərarından asılı olacaq”.

Rəşad Sadıqov yığma karyerasını bitirsə, onun şərəfinə vida matçı keçirilməsi barədə isə bunları deyib:

“Təbii ki, biz Rəşadı elə-belə buraxmayacağıq. Əslində bu barədə heç danışmaq istəmirəm. Amma yığma karyerasını bitirməyə qərar versə, biz onu elə yola salacağıq ki, hamı həmin oyunu, mərasimi yadında saxlayacaq”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR