Dohada yazılan tarix - Vitse-prezidentin proqnozu düz çıxacaq?
Bizi izləyin

İdman

Dohada yazılan tarix - Vitse-prezidentin proqnozu düz çıxacaq?

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Artıq yarışda yarımfinal mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, 91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev finala vəsiqə uğrunda görüşdə kubalı Erisladi Savonla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada daha təcrübəli Savon qalib gəlib. Abdullayev isə karyerasında ilk dəfə çıxış etdiyi dünya çempionatında bürünc medalla kifayətlənib. Bu gün boksçularımızdan 52 kq çəki dərəcəsində döyüşən Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə, 60 kq-dakı təmsilçimiz Albert Səlimov braziliyalı Robson Konseysaoyla, 69 kq üzrə isə Pərviz Bağırov qazaxıstanlı Daniyar Yeleusinovla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq boksçularımız dünya çempionatında 4 medala sahib olacaqlar. Onu da bildirək ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev Publika.az-a yay olimpiya oyunlarına lisenziya ilə bağlı danışarkən bunları deyib:

“Hesab edirəm ki, ən azı 8 idmançımız olimpiya oyunlarına lisenziya qazanacaq. Bir sıra beynəlxalq turnirlər keçirilir. Burada kim özünü yaxşı tərəfdən göstərsə, lisenziya əldə etsə, sözsüz ki, Rioya gedəcək. Bu yarışlara yeni və gənc idmançılardan da 3-4 nəfər qatılacaq. Onlardan da ola bilsin ki, 1-2-si olimpiadaya vəsiqə qazandı. Hər şey ola bilər”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm