Açıq Bakı Kriterium yarışı başa çatdı
Bizi izləyin

İdman

Açıq Bakı Kriterium yarışı başa çatdı

Velosiped idmanı üzrə Açıq Bakı Kriterium yarışının birinci mərhələsi başa çatıb.

Velosiped idmanı üzrə Açıq Bakı Kriterium yarışının birinci mərhələsi başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın illik təqvim planına əsasən Veloparkda təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edib.

Yarışın 2-ci günü U-15 və U-17 yaş qrupları üzrə velosipedçilər nəyə qadir olduqlarını nümayiş etdiriblər. Nəticələrə gəlincə, 15 yaşa qədər idmançılar arasında Qadir Mustafayev bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Xankişi İsgəndərov 2-ci, Maqsud Həsənov 3-cü olub.

17 yaşadək velosipedçilərin mübarizəsində isə Bakir Dadaşov hamıdan yaxşı çıxış edib. Sonrakı 2 yeri Mikayıl Səfərli və Maksim Naperstkov tutub.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və pul mükafati ilə təltif ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm