Rusiya və Slovakiya da Fransaya gedən “karvan”a qoşuldu
Bizi izləyin

İdman

Rusiya və Slovakiya da Fransaya gedən “karvan”a qoşuldu

AÇ-2016-nın seçmə mərhələsinin C, E və G qruplarında oyunlara yekun vurulub.

Publika.az xəbər verir ki, Rusiya millisi AÇ-yə vəsiqəni təmin etmək üçün evdə bu şansını itirən Monteneqronu məğlub etməliydi. Şimal qonşularımız bu tapşırığın öhdəsindən gəliblər. Oyunun ilk hissəsində iki dəfə rəqib qapıya yol tapan ruslar beləliklə, qrupda ikinci yeri tutaraq, gələn il Fransada təşkil ediləcək qitə birinciliyinə vəsiqə qazanıblar.

C qrupunda isə Avropa çempionatına birbaşa vəsiqə qazandıran ikinci pilləyə iki namizəd var idi. Ukrayna millisi 2-ci pilləni ələ keçirmək üçün evdə artıq qitə birinciliyinə vəsiqəni təmin etmiş İspaniyanı məğlub etməliydi. Ukraynalıların Fransaya "bilet" əldə etmələri üçün Slovakiya da Lüksemburq səfərindən xal itkisiylə qayıtmalıydı. Ancaq ukraynalılar bu arzusuna çatmayıblar. Belə ki, nə ukraynalılar İspaniya ilə bacarıb (0:1), nə də ki, Slovakiya Luksemburqa xal bağışlayıb (4:2).

Beləliklə, AÇ-2016-nın seçmə mərhələsinin sonuncu turunun ikinci oyun günündən sonra final mərhələsinə vəsiqə qazanan yığmaların sayı 18-ə çatıb.

Seçmə mərhələdə uğur qazanan 17 komandadan 6-sı – İngiltərə, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya və Almaniya qrup qalibi adını qazanıb.

6 yığma - İsveçrə, Rumıniya, Albaniya, Polşa, Rusiya və Slovakiya isə 2-ci yeri tutublar. Digər 5 komandanın (İslandiya, Çexiya, Belçika, Uels, İtaliya) ilk iki yerdən hansını tutacağına bu gün aydınlıq gələcək.

Həmçinin 6 komanda 3-cü yeri təmin edib. Belə ki, Ukrayna, İrlandiya, Sloveniya, Macarıstan, İsveç və Danimarka pley-offa vəsiqə qazanıb. Lakin hazırda üçüncülər arasında ən yaxşı nəticəyə malik olan Macarıstan birbaşa vəsiqə də əldə edə bilər.

AÇ-2016. Seçmə mərhələ

12 oktyabr

C qrupu

23:45 Ukrayna - İspaniya 0:1

Qaspar, 22.

23:45 Belarus - Makedoniya 0:0

23:45 Luksemburq - Slovakiya 2:4

Muş, 61. Qerson, 65-p - Hamşik, 24; 91. Nemets, 29. Mak, 31.

İspaniya – 27, Slovakiya – 22, Ukrayna – 19, Belarus – 11, Lüksemburq, Makedoniya – 4.

E qrupu

23:45 Litva - İngiltərə 0:3

Barkli, 28. Keyn, 35. Oksleyd-Çemberleyn, 62.

23:45 Estoniya - İsveçrə 0:1

Klavan, 94.

23:45 San Marino - Sloveniya 0:2

Sezar, 54. Peçnik, 75.

İngiltərə - 30, İsveçrə - 21, Sloveniya – 16, Estoniya, Litva – 10, San-Marino – 1.

G qrupu

21:00 Rusiya - Monteneqro 2:0

Kuzmin, 33. Kokorin, 37-p.

21:00 İsveç - Moldova 2:0

İbrahimoviç, 24. Zengin, 47.

21:00 Avstriya - Lixtenşteyn 3:0

Arnautoviç, 12. Yanko, 54; 57.

Avstriya - 28, Rusiya – 20, İsveç – 18, Monteneqro – 11, Lixtenşteyn – 5, Moldova – 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm