İdman
AÇ-2016-nın seçmə mərhələsinə bu gün yekun vurulacaq
Bu gün daha 3 qrupda keçiriləcək 9 qarşılaşma ilə AÇ-2016-nın seçmə qrup mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, yığmamız H qrupunun son matçında Bolqarıstanla üz-üzə gələcək. Səfərdə qazanılacaq qələbə sayəsində millimiz 4-cü pilləyə yüksələ və bununla Robert Prosineçki sabiq çalışdırıcı Berti Foqtsun 9 xallıq rekordunu təkrarlaya bilər.
Lider İtaliya yığması final mərhələsinə bir tur öncədən vəsiqəni təmin edib. Lakin “Skuadra Adzurra” üçün son tur formal olmayacaq. Çünki rəqib Norveçə mütləq qələbə lazımdı. Norveçin qalibiyyəti isə italyanları ikinci pilləyə yuvarlada bilər. Xorvatiya yığması Malta səfərindən 3 xalla dönüb, italyanların Norveçə uduzmamasını gözləyəcək.
A qrupunda İslandiya və Çexiyanın gələn il Fransaya yollanacağı çoxdan bəllidir. Sadəcə, qrupu kimin birinci, kimin ikinci sırada bitirəcəyinə son turun nəticələri aydınlaşdıracaq. Hazırda 3-cü yerdə qərarlaşan Türkiyə yığması lider İslandiyanı evində nəyin bahasına olur-olsun məğlub etməlidir. Belə olarsa, Hollandiya millisinin final mərhələsində oynamaq arzusunun üstündən birdəfəlik xətt çəkiləcək.
Türkiyə öz meydançasında büdrəməsə və Qazaxıstan da səfərdə Latviya üzərində qələbə qazansa, o zaman “ay-ulduzlular” ən yaxşı üçüncü kimi birbaşa final mərhələsinə yollanacaq.
B qrupunda da Belçika ilə Uels AÇ-2016-nın final mərhələsi barədə düşünə bilərlər. Son tur lideri müəyyənləşdirməklə yanaşı, pley-offa yollananın adına da aydınlıq gətirəcək. Bu yerə isə 3 komanda - Bosniya və Herseqovina, İsrail və Kipr iddia edir. Hazırda bosniyalılar bir addım öndə görünürlər. Lakin 5-ci pillədə yer alan Kiprin də şansı az deyil. Belə ki, Kipr evində Bosniya və Herseqovinaya qalib gəlsə və lider Belçika da öz meydançasında İsrailə uduzmasa, o zaman kiprlilər pley-offa vəsiqə əldə edəcəklər.
AÇ-2016. Seçmə mərhələ
13 oktyabr
A qrupu
23:45 Türkiyə - İslandiya
23:45 Hollandiya - Çexiya
23:45 Latviya – Qazaxıstan
İslandiya – 20, Çexiya – 19, Türkiyə - 15, Hollandiya – 13, Latviya – 5, Qazaxıstan – 2.
B qrupu
23:45 Belçika - İsrail
23:45 Uels – Andorra
23:45 Kipr – Bosniya və Herseqovina
Belçika – 20, Uels – 18, Bosniya və Herseqovina – 14, İsrail – 13, Kipr – 12, Andorra – 0.
H qrupu
23:45 Bolqarıstan – Azərbaycan
23:45 İtaliya - Norveç
23:45 Malta – Xorvatiya
İtaliya – 21, Norveç – 19, Xorvatiya – 17, Bolqarıstan – 8, Azərbaycan – 6, Malta – 2.
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir