Bolqarıstanla başlayıb Bolqarıstanda bitən macəra - YENİLƏNİB
Bizi izləyin

İdman

Bolqarıstanla başlayıb Bolqarıstanda bitən macəra - YENİLƏNİB

Qarşılaşmanın 56-cı dəqiqəsində Bolqarıstan millisi daha bir qol vurmaqla hesab arasındakı fərqi ikiyə çatdırdı - 2-0. Oyun bu hesabla da başa çatıb.

00:16

Qarşılaşmanın 20-ci dəqiqəsində hesab açılıb. Mixail Aleksandrov millimizin qapəsəndan keçirdiyi qolla komandasını önə çıxarıb - 1:0.

23:41

Böyük turnirlərdə daha bir tsiklin sonuna gəlib çatdıq. Bu gün futbol üzrə Azərbaycan millisi AÇ-2016-nın seçmə qrup mərhələsində son oyununu keçirəcək. Rəqib Bolqarıstan yığması olacaq.

Publika.az xəbər verir ki, Sofiyanın "Vasil Levski" stadionunda oynanılacaq qarşılaşmanı macarıstanlı Tamaş Baqnarın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

H qrupunda qərarlaşan hər iki komanda üçün Avropa çempionatının final mərhələsinə çıxmaq şansı bitib. Hazırda Bolqarıstan 8 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədədir. Yalnız qələbə təqdirində millimiz 4-cü pilləyə yüksələ bilərlər. bu da bizə kiçik təsəlli olar.

Həm meydan sahibləri, həm də qonaqlar tsiklin gedişində baş məşqçi dəyişikliyinə əl atıblar. Hazırda komandalara müvafiq olaraq, İvaylo Petevlə Robert Prosineçki rəhbərlik edir. Azərbaycan millisi 6 xalı məhz Prosineçkinin rəhbərliyi altında yığıb. Seçmə tsikli 4-cü pillədə başa vurmaqdan ötrü xorvatiyalı mütəxəssisin komandası mütləq qalib gəlməlidir.

Bu oyunda mərkəz müdafiəçisi Bədavi Hüseynov iştirak etməyəcək. O, ötən tur İtaliya ilə qarşılaşmada qırmızı vərəqə alıb. Ümumilikdə start heyətində 3 dəyişiklik edilib. Hüseynovu Ruslan Abışov, sol cinah müdafiəçisi Arif Daşdəmirovu Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçi Eddi İsrafilovu isə 18 yaşlı Elnur Cəfərov əvəzləyib. İtaliya ilə qarşılaşmadan fərqli olaraq, Prosineçki hücumameylli oyunçulara yer verib. Sadalanan 3 futbolçudan əlavə, Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov və Ruslan Qurbanov ilk “11-lik”də olacaq.

Bolqarıstan millisi isə daha çox gənclərdən ibarət heyətlə oynayacaq. Bunu Petev də oyunöncəsi mətbuat konfransında təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2016-nın seçmə tsiklinə də Bolqarıstana qarşı matçla başlayıb. 2014-cü il sentyabrın 9-da Bakıda baş tutmuş qarşılaşmada qonaqlar qalib gəlib - 2:1.

AÇ-2016. Seçmə mərhələ

13 oktyabr

H qrupu

23:45. Bolqarıstan - Azərbaycan

Baş hakim: Tamaş Boqnar

Yan xətt hakimləri: Peter Berettyan, Qabor Erös

Dördüncü hakim: Teodoros Georgiu

Əlavə köməkçi hakimlər: İştvan Vad, Solt Sabo (hamısı Macarıstan)

Sofiya, "Vasil Levski" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm