Samboçumuz ermənini məğlub etdi - ÇEMPİON OLDU
Bizi izləyin

İdman

Samboçumuz ermənini məğlub etdi - ÇEMPİON OLDU

Yeniyetmə və gənc samboçulardan ibarət Azərbaycan yığma komandası dünya çempionatında iştirak ediblər. Yarış Latviyanın paytaxtı Riqada keçirilib.

Publika.az xəbər verir ki, idmançılarımız dünya çempionatında 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar. Medallardan 4-ü yeniyetmələrin payına düşüb.

56 kq çəki dərəcəsində yarışan Nəriman Əhmədov Rusiyanı təmsil edən milliyyətcə erməni Vladimir Mnatsakanyanı finalda məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Dünyamalıyev (52 kq) gümüş, Əliş Yusifov (48 kq) və Aslan Mirzəyev (87 kq) bürünc medala yiyələnib.

Gənclərin yarışında isə İlkin Babazadə (60 kq) qızıl, Əmrah Bayramov (57 kq) gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan samboçuları dünya çempionatında Yaqub Abdullayevin rəhbərliyi ilə gediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm