Ronaldo 4-cü “qızıl buts”u aldı
Bizi izləyin

İdman

Ronaldo 4-cü “qızıl buts”u aldı

"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo "qızıl buts" mükafatını alıb.

Publika.az xəbər verir ki, Ronaldoya 2014/15 mövsümündə Avropa liqalarında bombardir olmasına görə mükafat Madriddəki "Palace otel"də təqdim olunub. Tədbirdə Ronaldonun anası və 5 yaşlı oğlu da iştirak edib.

Bu, portuqaliyalının karyerası ərzində qazandığı 4-cü "qızıl buts" olub. Ronaldo çıxış edərək bunları deyib:

"Daha çoxunu istəyirəm. Mümkünsə, 5-ci "qızıl buts"umu da bu mövsümün sonunda qazanmaq istərdim. "Real" klubu olaraq, hər zaman titullar əldə etmək üçün mübarizə aparırıq. Bu mövsümdə də Çempionlar Liqasını və Kral kubokunu qazanmağı əsas hədəf kimi görürəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm