• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Veteran güləşçilərimizdən 2 medal

  • İdman
  • 15 Oktyabr 2015 01:32
  • 219 Baxış
Veteran güləşçilərimizdən 2 medal

Yunanıstanın paytaxtı Afinada keçirilən veteran güləşçilərin dünya çempionatının ilk günündə Azərbaycan pəhləvanları 1 qızıl və 1 gümüş medal qazanıb.

Publika.az xəbər verir ki, 85 kq çəkidə B divizionunda mübarizə aparan İslam Quliyev qızıl medala sahib olub. O, Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə Yaponiya təmsilçisini də məğlub edən pəhləvan fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

63 kq çəkidə mübarizə aparan Abbas Məmmədov F divizionunda yarışıb. Yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələn veteran güləşçi finalda başqa bir Rusiya təmsilçisinə uduzub və çempionatın gümüş medalına sahib olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR