İdman
Federasiyada yeni təyinat
Azərbaycan Su İdman Növləri Federasiyasında yeni təyinat baş tutub.
Publika.az-ın məlumatına görə, bundan sonra federasiyanın vitse-prezidenti vəzifəsini Elçin Həsənov icra edəcək. Təyinat dünən - oktyabrın 14-də baş tutub.
Təyinatdan sonra federasiya daxilində iclas keçirilib. İclasda federasiyanın fəaliyyət planları və görüləcək işlər müzakirə mövzusu olub.
İcraiyyə komitəsinin iclasında həmçinin federasiyanın nəzdində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib. Onlar federasiya rəhbərliyinə Bakı-2015 Avropa Oyunlarında idmançılarımızın çıxışları, bu mötəbər yarışdan sonra gənclərin su idman növlərinə olan maraqları, qarşıdakı illərdə keçiriləcək idman yarışlarında iştiraklar və bir çox məsələlər barədə məlumat veriblər.
Sonda Azərbaycan Su İdman Növləri Federasiyasının 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib, müzakirə olunub.
Qeyd edək ki, E.Həsənov həmçinin Bakı Su İdman Sarayının direktorudur.
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir