İngiltərədə o türkün başına and içirlər - FOTO
Bizi izləyin

İdman

İngiltərədə o türkün başına and içirlər - FOTO

Futbol çox maraqlı oyundur. İnsan adi həyatda yaşamadığı hissləri, sevinci, kədəri burada yaşayır. Bir futbolçu milyonların sevimlisi olur və ya əksinə milyonların nifrətini qazanır. Meydanda gördüklərimiz sadəcə futbol adlı aysberqin görünən tərəfləridir. Görünməyən nə qədər məqamlar var.

Publika.az bu yazıda məhz çoxlarının bilincə təəccüblənəcəyi, bəzi məqamlarda isə gülümsəyəcəyi məqamları təqdim edir.

  • “FİFA-16”-da cərimə zərbəsini ən yaxşı yerinə yetirən futbolçu Kristiano Ronaldo yox, Lionel Messi yox, məhz Türkiyə millisinin parlayan ulduzu Hakan Çalhanoğludur (95).
  • “Barselona”nın və Uruqvay millisinin hücumçusu Luis Suarez 15 yaşında ikən oyunların birində hakimə kəllə atmış və qırmızı vərəqəylə meydandan qovulmuşdu.
  • Bir azarkeş hazırda “Real”da oynayan Xames Rodrigesdən vaxtilə formasını istəyib. Kolumbiyalı isə formasını başqa azarkeşə hədiyyə edibmiş. Amma pərəstişkarını əliboş yola salmamaq üçün butslarını çıxarıb ona verib və ayaqyalın yoluna davam edib.
  • Dünyada ilin baş məşqçisi mükafatını alan ilk və yeganə türk mütəxəssis Şenol Günəşdir.
  • AÇ-2016-nın seçmə mərhələsində qrupdan çıxa bilməyən Hollandiya millisi 20 illik fasilədən sonra ilk dəfə 0:3 hesabıyla məğlub oldu (Türkiyə - Hollandiya 3:0).
  • Türkiyəli futbolçu Tuncay Şanlı “Middlsbro”da oynadığı vaxtlarda yerli azarkeşlərin sevimlisi idi. “Bizim sadəcə bir oyunçumuz var” deyən tərəfdarlar onun kapitan sarğısını daşımasını rəhbərlikdən tələb etmişdi. Hətta oyunların birində stadiona toplaşan tamaşaçılar top Tuncaya düşərkən alqışlamış, ondan başqa topu ələ keçirən bütün futbolçuları fitə basmışdı.
  • Bundesliqa tarixində ən uzaq məsafədən və ən erkən qolları Almaniyanın və dünyanın ən yaxşı qapıçısı hesab olunan Manuel Noyer buraxıb.
  • “Porto” son 15 ildə satdığı futbolçulardan ümumilikdə 856 milyon avro gəlir əldə edib.
  • “Qalatasaray” Çempionlar Liqasında qrupu 3-cü pillədə başa vuraraq, UEFA kubokunu (Avroliqanı) məğlubiyyətsiz qazanan yeganə komandadır.
  • Uesli Sneyder “İnter”də oynayarkən 4 mövsümə 3 titul qazanmışdı. “Qalatasaray”a transfer olunduqdan sonra Sneyder 2,5 ilə 7 titul qazanıb. “İnter” isə heç bir uğur əldə etməyib.
  • “Çelsi”nin baş məşqçisi Joze Mourinyo İngiltərə Superkubokunda qazandığı ikincilik medalını “Arsenal” azarkeşi olan uşağa bağışlayıb. Sonra səbəbini açıqlayıb: “2-ci yer medallarını saxlamıram”.
  • Bastian Şvaynştayger şəxsi “twitter” hesabında “Mançester Yunayted”dəki oyundaşlarını qapıçıdan hücumçuya qədər meydandakı mövqe sıralamasına görə təqib edir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm