• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Veteranlarımız dünya çempionatını 4 medalla tamamladı

  • İdman
  • 16 Oktyabr 2015 21:16
  • 298 Baxış
Veteranlarımız dünya çempionatını 4 medalla tamamladı

Yunanıstanın paytaxtı Afinada veteran güləşçilərin dünya çempionatı yekunlaşıb.

Publika.az xəbər verir ki, Azərbaycan pəhləvanları sərbəst güləş yarışlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

85 kq çəkidə B divizionunda mübarizə aparan İslam Quliyev Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Finalda Yaponiya təmsilçisini də məğlub edən pəhləvanımız dünya çempionatının qızıl medalını qazanıb.

63 kq çəkidə mübarizə aparan Abbas Məmmədov F divizionunda yarışıb. Yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələn pəhləvanımız finala yüksəlib. Finalda isə daha bir Rusiya təmsilçisi ilə qarşılaşan Abbas Məmmədov uduzub və dünya çempionatının gümüş medalına sahib olub.

69 kq çəki dərəcəsində A divizionunda mübarizə aparan Ramil İsmayılov ABŞ və Macarıstandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə məğlub olan pəhləvanımız dünya çempionatını gümüş medalla tamamlayıb.

130 kq çəki dərəcəsində D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxstan pəhləvanına uduzub. Bürünc medal görüşünə çıxan pəhləvanımız Türkiyə təmsilçisinə qalib gəlib və fəxri kürsüdə yer alıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR