5 qat dünya çempionundan növbəti zəfər - VİDEO
Bizi izləyin

İdman

5 qat dünya çempionundan növbəti zəfər - VİDEO

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünə çıxıb.

Publika.az xəbər verir ki, "Kobra" ləqəbli idmançımız Rumıniyanın Sibiyu şəhərində təşkil olunan ACB KB 3 Grand Prix turnirində qüvvəsini sınayıb.

72,5 kq çəki dərəcəsində çıxış edən P.Adullayevin rəqibi Serbiya təmsilçisi Haris Ferizoviç olub.

Görüş 3 raund davam edib. Hakimlərin qərarı ilə çətin keçən döyüşün hər 3 hissəsində Abdullayev daha üstün olub və qələbə qazanıb.

Qeyd edək ki, döyüş Bakı vaxtı ilə 23:00-da start götürüb və Rusiyanın "Боец" kanalı ilə canlı yayımlanıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm