• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Xəzər Lənkəran"ın stadionu su altında qala bilər

  • İdman
  • 17 Oktyabr 2015 13:41
  • 600 Baxış
"Xəzər Lənkəran"ın stadionu su altında qala bilər

Lənkəranda aramsız yağan yağış "Xəzər Lənkəran"ın stadionunu təhlükə altına alıb. Buna görə də Azərbaycan Premyer Liqasının VIII turunda "Xəzər Lənkəran" və AZAL komandaları arasında nəzərdə tutulan matç təxirə salına bilər.

Məsələ ilə bağlı cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Publika.az-a bildirib ki, son 10 gün ərzində Lənkərana aramsız yağışlar yağır.

“İndi stadionun əsas meydanı pis durumda deyil. Düzdür, drenaj artıq çatdıra bilmir. Stadionun 5-10 metr uzaqlığında Lənkəran çayı axır. Çayın bir hissəsi artıq daşır. Amma stadion olan hissəsində bənd var, bənd də hələ ki, dözür. Düzdür, o da artıq daşmaq üzrədir, qarşı tərəfi artıq sel basıb. Ümid edirik ki, inşallah, fəlakət olmaz. Ən azından yağış 3-4 saat dayansa, yaxşı olardı”.

Klub rəsmisi AZAL-la oyunun dayandırılıb-dayandırılmaması məsələsinə də toxundu:

“İstənilən halda, hansı vəziyyət olur-olsun, hansı qərarın veriləcəyi oyun günü bilinir. Həmin gün AFFA nümayəndəsi stadiona baxacaq və qərar qəbul ediləcək. Amma stadiona hələ ziyan dəyməyib”.

Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL görüşünün start fitinin oktyabrın 18-də saat 18:00-da çalınması nəzərdə tutulub.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR