İdman
Dünya Çempionumuz: “Bu siyahıda mənim adımın da olması...”
Xəbər verdiyimiz kimi, Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Elvin Məmişzadə qalib olub.
Dünya çempionatının finalında boksçumuz Elvin Məmişzadə (52 kq) Kuba təmsilçisi Yosbani Veytiaya ilə qarşılaşıb Çətin keçən görüşdə rəqibinə 3:0 hesabıyla qalib gələn Məmişzadə dünya çempionu adını qazanıb. Həmçinin o, Olimpiya Oyunlarına da lisenziyanı təmin edib.
Elvin Məmişzadə Publika.az-a açıqlama verib. O, qələbə sevincindən və ona çətinlik yaradan idmançıdan danışıb:
“Bu qələbə sevincini ifadə etmək çətindir. Gərək bunu yaşayasan ki, anlayasan. Sevincimin həddi yoxdur. Bilirsiniz ki, Azərbaycanın boks üzrə 4-cü dünya çempionuyam. Bu siyahıda mənim adımın da olması sevincimi daha da artırır.
Təbii ki, dünya çempionatında asan rəqib olmur, hər döyüşümdə çətinlik var idi. Amma final döyüşümü xüsusi vurğulamalıyam. Yosbani Veytiaya ilə görüşüm çətin alındı. Digər rəqiblərim bunun qədər deyildi”.
Daha sonra gənc idmançımız olimpiya oyunlarına hazırlaşdığını, oradan da uğurlu nəticə ilə ölkəsinə dönmək istədiyini bildirib.
Xatırladaq ki, Azərbaycan Boks federasiyası bu günə qədər 4 dünya çempionu yetişdirib, 5 dəfə isə bu qələbə hissini yaşayıb. Çünki Məhəmmədrəsul Məcidov bu şərəfə iki dəfə layiq olub.
2003-cü il - Ağasi Məmmədov
2011-ci il - Məhəmmədrəsul Məcidov
2013-cü il - Məhəmmədrəsul Məcidov, Cavid Çələbiyev
2015-ci il - Elvin Məmişzadə
Aygün İlqarqızı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı