“Qəbələ” və “Qarabağ” qalib gəldi - YENİLƏNİB
Bizi izləyin

İdman

“Qəbələ” və “Qarabağ” qalib gəldi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının VIII turun diğər qarşılaşması “Qarabağ”la “Zirə” komandası arasında olub. “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib. Qonaqlar Premyer Liqanın debütantı olsa da, Ağdam təmsilçisi kimi onlar da cari mövsüm məğlub olmamışdı. Lakin son çempion “Zirə”nin bu uğurlu seriyasın son qoyub. Oyun “Qarabağ”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.

Qollar: Samuel Armenteros, 4 (1:0), 15 (2:0), Riçard Almeyda, 25 (3:0), İqor İvanoviç, 34 (3:1), Riçard Almeyda, 83-pen. (4:1)

***

Bu gün Topaz Premyer Liqasında VIII turun daha iki qarşılaşması keçirilib. Publika.az xəbər verir ki, turun ikinci oyun günündə Avroliqada çıxış edən iki klubumuz, “Qarabağ” və “Qəbələ” meydana çıxıb.

"Qəbələ" səfərdə "Neftçi"dən güclü olub və görüşü qalib bitirib (0:1).

“Qarabağ”- “Zirə” oyunu isə 18:00 start götürüb.

Azərbaycan Premyer Liqası, 8-ci tur

17 oktyabr

Neftçi - Qəbələ- 0:1
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi:
Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 15:30.

Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 3. Filyo Jairo Rodriges, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.

Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 5. Juan Alberto, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 41. Aqşin Qurbanlı, 95. Elvin Bədəlov.

Baş məşqçi: Samir Əliyev.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov.

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov.

Baş məşqçi: Roman Qriqorçuk.

Qarabağ - Zirə
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. T.İsmayılov adına Suraxanı qəsəbə stadionu, 18:00.

18 oktyabr

Sumqayıt - İnter
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. "Kapital Bank Arena", 20:00.

Xəzər Lənkəran - AZAL
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran. Şəhər stadionu, 18:00.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm