“Xəzər Lənkəran” tilsimi sındırdı
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” tilsimi sındırdı

Oktyabrın 18-də futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turu çərçivəsində “Xəzər Lənkəran” komandası öz meydanında Bakının “AZAL” klubunu qəbul edib.

Publika.az xəbər verir ki, Lənkəran şəhər stadionunda keçirilən qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən cənub təmsilçisi çempionatda ikinci qələbəsini qazanıb və xalını 9-a yüksəldib. “Xəzər Lənkəran” klubunun heyətində Kamran Abdullazadə (2 qol) və Sadio Tounkara fərqləniblər. “AZAL” komandasının yeganə qoluna Murad Səttarlı imza atıb.

Qeyd edək ki, səkkizinci turun digər qarşılaşmalarında bu nəticələr qeydə alınıb. “Qarabağ”-“Zirə” - 4:1, “Neftçi”-“Qəbələ” – 0:1, “Rəvan” - “Kəpəz” – 0:2.

Hazırda Ağdamın “Qarabağ” klubu 20 xalla çempionatın vahid lideridir. “Qəbələ” klubu 19 xalla ikinci, “Zirə” komandası isə 15 xalla üçüncü pillədə qərarlaşıb.

Turun son qarşılaşmasında “Sumqayıt” komandası “Kapital Bank Arena”da “İnter”i qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm