“Stemford”da Droqbanı necə qarşılayacaqlar?
Bizi izləyin

İdman

“Stemford”da Droqbanı necə qarşılayacaqlar?

“Stemford”da Droqbanı necə qarşılayacaqlar?

Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Çelsi”-“Qalatasaray”ı qəbul edəcək.

Oyuna rəng qatan amillərdən biri də, Droqbanın keçmiş klubuna qarşı çıxış etməsi olacaq. Publika.az xəbər verir ki, Droqba mətbuata verdiyi açıqlamada “Çelsi” azarkeşlərinin onu isti qarşılayacağına inandığını bildirib:

“Stemford”a qayıdacağımı biləndə ikili hisslər keçirdim. Bir tərəfdən sevinirdim ki, keçmiş klubuma, dostlarıma qarşı oynayacam. Digər tərəfdən də həyacan keçirirəm ki, bunu necə adlayacam.

Mən bu kubda 8 il çıxış etmişəm. Burda hər şey qazanmışam. Azarkeşlərin məni necə qarşılayacağına gəldikdə isə, onları yaxşı tanıyıram.

Ona görə də deyə bilərəm ki, “Stemford”da məni isti qarşılayacaqlar. Mənim “Çelsi” azarkeşləri ilə xüsusi münasibətim olub. Onları görmək olduqca xoş olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm