• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sabiq futbolçu FİFA prezidenti olmaq istəyir

  • İdman
  • 19 Oktyabr 2015 16:38
  • 289 Baxış
Sabiq futbolçu FİFA prezidenti olmaq istəyir

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Tottenhem”in sabiq futbolçusu Ramon Veqa FİFA-ya prezident seçkilərində iştirak etmək niyyətindədir.

Publika.az xəbər verir ki, 2016-cı il fevralın 26-da baş tutacaq prezident seçkilərində iştirak etmək istəyən isveçrəli Veqa namizədliyini irəli sürmək haqda ciddi düşünür. İspaniya əsilli sabiq mərkəz müdafiəçisi bunun üçün istər furbol, istərsə də maliyyə sahəsində kifayət qədər təcrübəli olduğunu bildirib.

Ramon Veqa “Qrasshopper”dəki çıxışıyla tanınıb. İtaliya, İngiltərə, Şotlandiya və Fransada da top qovsa da, onun üçün karyerasının zirvəsi “Tottenhem”də keçirdiyi 4 il olub (1997-2001).

2004-cü ildə karyerasını başa vuran Veqa bundan sonra iqtisadiyyat sahəsində çalışmağa başlayıb.

Xatırladaq ki, ondan əvvəl də sabiq futbolçu Luiş Fiqu da FİFA prezidenti olmaq istəmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR