• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İki qurumun rəhbəri kəllə-kəlləyə gəldi – 17 illik sirr açıldı

  • İdman
  • 19 Oktyabr 2015 21:56
  • 3 064 Baxış
İki qurumun rəhbəri kəllə-kəlləyə gəldi – 17 illik sirr açıldı

Heç bir yazılı müqavilə olmadan FİFA-dan 2 milyon dollar aldığına görə FİFA Etika Komitəsinin qərarına əsasən 90 gün müddətinə futboldan uzaqlaşdırılan Mişel Platini sakitliyi pozub.

Publika.az xəbər verir ki, fransız futbol funksioneri məsələyə belə aydınlıq gətirib:

“1998-ci ildə Blatter FİFA prezidentliyinə namizəd olduğu vaxt mənə zəng etdi və “sənə ehtiyacım var” dedi. Mən də onunla birlikdə çalışmaq üçün 1 milyon frank istədim. Hələ o vaxtlar avro yox idi. Mən Blatterə inanırdım. Buna görə də, onunla yazılı yox, şifahi anlaşdıq. Biz bir-birimizə kişi kimi söz vermişdik. Həm də, İsveçrə qanunlarına əsasən, şifahi razılaşmanın da ən azı yazılı müqavilə qədər hüquqi qiymətinin olduğunu bilirdim”.

Platini, ona vəd edilən məbləği niyə 1998-ci ildə yox, 2011-ci ildə almasına isə belə aydınlıq gətirdi:

“FİFA mənə ödənəcək pulu yubatdıqda, Blatterə “maliyyəylə bağlı nə isə problem var” sualını verdim. O isə cavabında “problemləri olmadığını, sadəcə, FİFA-da ən yüksək maaşın 300 min frank olduğunu, buna görə də, mənə bundan artıq verə bilməyəcəklərini” dedi. Bundan sonra 300 min franklıq bir müqavilə bağladıq. Blatter qalan məbləği isə daha sonra ödəyəcəklərini bildirdi.

2011-ci ildə isə Blatterdən ödənişi etməyə pulları olub-olmadığını soruşdum. O, isə məvacibin 10 gün sonra hesabıma yüklənəcəyini dedi. Elə dediyi kimi də etdi. Bütün baş verənlər bundan ibarətdi”.

Platini “ola bilər ki, Blatter bu məsələni indi gündəmə gətirməklə, sizin prezident olmağınıza mane olmaq istəyir” sualına belə cavab verib:

“Bilmirəm. Ancaq bütün bu baş verənlər Blatterin prezident postunu tərk etməli olduğunu açıqlamağımdan sonra başladı. Hazırda FİFA-nı xilas edəcək yeganə adam mənəm. Ancaq nə vaxt bunun üçün cəhd edirəm, hər şey bir-birinə qarışır. Hazırda hələ də, prezidentliyə namizədəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR