Federasiyada ara qarışıb – Dopinq məsələsi hamını gizlənməyə vadar edib
Bizi izləyin

İdman

Federasiyada ara qarışıb – Dopinq məsələsi hamını gizlənməyə vadar edib

Federasiyada ara qarışıb – Dopinq məsələsi hamını gizlənməyə vadar edib

Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yayıb.

Məsələyə Azərbaycan Ağır Atletika Federasiyasının münasibətini öyrənmək istədik. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərova zəng etdik. Amma zəngimizə cavab verən şəxs özünü Famil kimi təqdim edərək, İsgəndər müəllimin telefonu maşında unutduğunu bildirdi.

İcraçı direktoru hansı səbəbdən aradığımızı öyrənincə isə “İsgəndər müəllim bu haqfa danışmaq istəmir” cavabını verdi.

Publika.az-ın federasiyadakı özəl mənbədən əldə etdiyi məlumata görə, qrumda ara qarışıb. Demək olar ki, bütün rəsmilər mətbuatdan gizlənir, baş vermiş olayda adının hallanmamasına çalışır. Hər kəs Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovun təlimatını gözləyir. Əldə etdiyimiz məlumata görə, qrum rəsmiləri hələ ki, Beynəlxalq Ağır Atletika Federasiyası ilə əlaqə saxlamayıb.

Rəsmilərə təsəlli verən tək amil, beynəlxalq federasiyanın rəsmi saytında idmançılarımızın adlarının dopinq qəbul edənlərin siyahısında olmamasıdı. Qrumun saytında azərbaycanlı idmançıların yalnız medallardan məhrum olunduğu göstərilib.

Ola bilsin ki, yaxın müddətdə idmançılarımızın adları həmin siyahıya əlavə olunacaq. Çünki təcrübə göstərir ki, idmançıların medallardan məhrum olunması dopinqdən istifadə təsdiqləndikdən sonra reallaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm